Help:Security/PDF files
Diqqət: Bu səhifəni redaktə etməklə, siz öz töhfənizin CC0 lisenziyası əsasında yayılmasına razılıq vermiş olursunuz. Bu barədə daha ətraflı məlumatı kömək səhifəsindən ala bilərsiniz. |
PDF fayl formatında bu cür faylları açmazdan əvvəl nəzərə almaq istəyə biləcəyiniz müəyyən təhlükəsizlik və məxfilik problemləri var. PDF faylları, PDF oxucu proqramının İnternetə qoşulmasına və istifadəçinin IP ünvanını və digər şəxsi məlumatlarını üçüncü tərəfə açıqlamağa səbəb ola biləcək mürəkkəb interaktiv xüsusiyyətləri ehtiva edə bilər. Zərərli PDF müəllifi bu funksiyanı şəbəkə yerlərini viki istifadəçi adlarına bağlamaq və ya başqa cür oxucu məxfiliyini pozmaq üçün istifadə edə bilər.
PDF-nin mürəkkəb daxili quruluşu təhlükəli faylların aşkarlanmasını demək olar ki, mümkünsüz edir; ehtiyat tədbirlərini görmək gizlilikdən xəbərdar oxucuya qalır. PDF faylının şəxsi məlumatı ifşa edib-etməməsi, seçdiyiniz PDF oxuyucu proqram təminatından asılıdır Ümumiyyətlə, daha az funksiyası olan PDF oxucular daha təhlükəsizdir; Firefox və Chrome veb brauzerlərində yerləşən yerli PDF oxucular ən təhlükəsiz seçimdir.
Adobe Acrobat və Adobe Reader-in defolt parametrləri ilə köhnə versiyaları təhlükəsiz deyil. Adobe Acrobat XI, DC və daha yeni versiyalar, Acrobat-ın təhlükəsizlik parametrlərini manual dəyişmədiyiniz halda, İnternetə qoşulmazdan əvvəl istifadəçiyə xəbərdarlıq edir.
Daha çox oxu:
- Adobe-nin təhlükəsizlik parametrləri haqqında sənədləri
- Aniello Castiglione, Alfredo De Santis, Claudio Soriente (2010): Təhlükəsizlik və məxfilik məsələləri